“Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində “Qobustan” filialının yenilənmiş ofisini istifadəyə verib. Bu barədə bankdan bildirilib.
“Yeni filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir”, - məlumatda deyilir.
Bank qeyd edirki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il Bankın yeni “Bravo” və “Nərimanov Kart Mərkəzi” filialları, Bakı şəhəri üzrə “Buzovna”, “Dəmiryol” və “Lökbatan” şöbələri, regionlar üzrə “Masallı” şöbəsi fəaliyyətə başlayıb, “Həzi Aslanov”, “Qubadlı” və “Göyçay” filialları yeni ünvana köçürülüb.
“Filialların optimallşadırılmasında məqsəd müştərilərə daha keyfiyyətli və əverişli xidmət göstərməkdir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır”, - məlumatda qeyd olunur.
“Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə əhaliyə xidmət göstərir. **
A.Axundov