2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 22 mln. 500,6 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında respublikada 22 mln. 471,9 min ton əmtəə nefti (azalma 8,9%) hasil olunub.
Hesabat dövründə 16 mlrd. 606,5 mln. kubmetr qaz (azalma 4,9%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 10 mlrd. 870,9 mln. kubmetr (azalma 1,3%) təşkil edib.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova