Paytaxt polisi Bakıda mənzildən iri məbləğdə pul oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 45,5 min manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar”, - məlumatda deyilir. **
R.Babayev