2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,8% - 1 mlrd. 567,3 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 7,2% - 730,1 min tonadək, birbaşa qovulan benzin istehsalı 1,5% - 116,1 min tonadək, sürtkü yağı istehsalı 3,8 dəfə – 19,5 min tonadək, neft bitumu istehsalı 21,1% - 103,4 min tonadək, neft koksu istehsalı 14,2% - 128,4 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalında 8,2 % - 353,8 min tonadək, dizel yanacağı istehsalında 16,8% - 1 mln. 125 min tonadək, soba mazutunun istehsalında 39,9% – 243,8 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova