2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 27 mlrd. 716,9 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 7,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
İyulun yekunları üzrə orta illik inflyasiya 14% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 6,4% - 2 min 853,4 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 25 mlrd. 373,5 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-iyul aylarının göstəricisindən 7,5% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.**
A.Axundov