Azərbaycan 2017-ci ilin I yarısında 16 mln. 99,5 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $5 mlrd. 729 mln. 6,3 min (artım 20,4%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-iyun aylarında ixrac edilmiş $3 mlrd. 839 mln. 227,7 min məbləğində neftin bəyan edilmiş həcmi 9 mln. 707,2 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub ki, bu da 2015-ci ilin göstəricisindən 0,2% azdır.*
N.Abbasova