Azərbaycan 2017-ci ilin I yarısında 4 mlrd. 429,8 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $652 mln. 533,2 min (azalma 7,7%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Bu dövrdə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $527 mln. 932,4 min dəyərində 3 mlrd. 180,6 mln. kubmetr qaz ixrac edilib.
2016-cı ildə Azərbaycandan $1 mlrd. 142 mln. 66,5 min dəyərində 8 mlrd. 49,1 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova