2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 3 mlrd. 688,7 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 1 mlrd. 948 mln. manat məbləğində heyvandarlıq, 1mlrd. 740,7 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 3% artıb.
Bundan başqa, yanvar-iyul aylarında respublikada 272,5 min ton ət (artım 3,4%), 1 mln. 184,8 min ton süd (artım 1,4%), 1 mlrd. 15,3 mln. ədəd yumurta (artım 7,1%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 0,8% azalıb.
2017-ci ildə məhsul yığımı əldə etmək məqsədilə 1 mln. 665,7 min hektar sahədə yazlıq və payızlıq bitkilərin əkini aparılib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur.
Avqust ayının 1-nə kimi tarlalardan 526,2 min ton kartof (azalma 8,8%), 800,8 min ton tərəvəz (artım 9,3%), 311,5 min ton bostan məhsulları (azalma 9,2%), 202 min ton meyvə və giləmeyvə (artım 12,1%), 4,069 min ton üzüm (azalma 15,5%), 1,97 ton tütün (azalma 4,2%), 444,1 ton yaşıl çay yarpağı (azalma 27%), 2 mln. 628 min ton qarğıdalı daxil olmaqla yaz və payız dənli bitkilər yığılıb (ötən ilin yanvar-iyul aylarında 2 mln. 802,1 min ton). **
A.Axundov