2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri 354,9 mln. manat və ya ÜDM-in 0,9%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 9 mlrd. 410,7 mln. manat, xərcləri 9 mlrd. 765,6 mln. manat təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin aanaloji dövrü ilə müqayisədə 34,3%, xərcləri 19,2% artıb.
2017-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat, xərcləri 17 mlrd. 941 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Axundov