SOCAR şirkəti (ARDNŞ) “Günəşli” yatağındakı 5 saylı dərin dəniz özülündə əlavə 8 quyunun qazılmasını planlaşdırır. Bu barədə şirktədən məlumat verilib.
“Hazırda “Günəşli” yatağındakı 5 saylı dərin dəniz özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir”, - məlumatda deyilir.
Bununla yanaşı, şirkət özüldə yenidənqurma işlərinin başa çatacağı tarixi dəqiqləşdirimir.
4 saylı özüldən qazılacaq 4 quyunun hər birindən sutkalıq hasilat 80 ton neft və 10 min kubmetr qaz təşkil edir. **
N.Abbasova