2017-ci ilin birinci yarısında Azərbaycan 45 min 146,2 ton maye qaz ixrac edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Hesabat dövründə Azərbaycandan $10 mln. 277,3 min dəyərində (artım 2,6 dəfə) 45 min 146,2 ton maye qaz ixrac olunub", - deyə məlumatda bildirilir.
2016-cı ildə Azərbaycan $10 mln. 825,3 min dəyərində 58 min 842,8 ton qaz ixrac edib.
Azərbaycanda maye qaz Heydər Əliyev adına Neft Emalı Zavodu və Azərbaycan Qaz Emalı Zavodunda (AzQEZ) istehsal olunur.**
N.Abbasova