Lənkəran rayonunun Liman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatında deyilir.
“Mercedes” markalı avtomobilin "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb”, - deyə məlumatda bildirilir.
Yerli mətbuatın məlumatına görə, ölənlər "VAZ 2107" markalı avtomobilin sürücüsü və sərnişinidir.
“Mercedes”in salonunda olan 5 nəfər isə xəsarət alıb.
Məlumata görə, qəza iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən baş verib. "VAZ-2107" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərəkqarşıdan gələn "Mercedes" markalı avtomobilinyoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.*
R.Babayev