2017-ci ilin birinci yarısında Azərbaycana 422,1 min ton buğda idxal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 35,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $83 mln. 169 min (azalma 35,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $70 mln. 751,5 min dəyərində (artım 28,1%) 149,1 min ton şəkər xammalı və şəkər (artım 13,5%), $40 mln. 852,8 min dəyərində (azalma 33,7%) 44 min 788,5 ton bitki yağı (azalma 36,9%), $21 mln. 251,3 min dəyərində (artım 13,8%) 5 min 423,3 ton çay (azalma 2,1%), $32 mln. 688,1 min dəyərində (artım 18,6%) 7 min 767,4 ton kərə yağı və süd (artım 18,6%) idxal edilib.
2017-ci ilin birinci yarısında respublikaya $35 mln. 799,7 min dəyərində (artım 10,9%) 41 min 421,7 ton meyvə (artım 10,9%), $9 mln. 978,7 min dəyərində (azalma 32,8%) 21 min 393,3 ton tərəvəz (azalma 46,4%), $22 mln. 347,7 min dəyərində (artım 8,2%) 104,4 min ton kartof (azalma 5,7%) idxal edilib.
Hesabat dövründə ölkədən $135 mln. 985,8 min dəyərində (artım 62,7%) 157,6 min ton tərəvəz (artım 73,1%), $67 mln. 781,4 min dəyərində (artım 1,1%) 48 min 817,7 ton meyvə (artım 3,4,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $26 mln. 109,8 min dəyərində (azalma 11,1.%) 40 min 315,2 ton şəkər (azalma 21,5%), $5 mln. 143,4 min dəyərində (artım 2,7%) 4 min 628,3 ton bitki yağı (azalma 3,7%) ixrac edilib.
Həmçinin birinci yarımillikdə Azərbaycandan $4 mln. 852,6 min (аrtım 89,7%) dəyərində 4 min 654,6 ton meyvə və tərəvəz şirələri (artım 91,7%), $2 mln. 195,4 min (аrtım 13,1%) dəyərində 124,9 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi, $1 mln. 853,8 min (аrtım 3,8%) 2 min 231,6 ton meyvə və tərəvəz konservləri (artım 4,8%) ixrac edib. **
N.Abbasova