Azərbaycan gömrükçüləri 3,5 mln. rubldan artıq məbləğdə pulun qanunsuz respublikadan kəmnra çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Sakit Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı minik avtomobilində yoxlama aparıllb. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə3,54 mln. Rusiya rublu aşkar edilib.
Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb. **
R.Babayev