15-16 noyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna kənd təsərrüfatı və qida sənayesi forumu keçiriləcək. Bu barədə forumun təşkilatçısı olan “СTG-Corporate Travel Group” şirkətindən məlumat verilib.
Forumun keçirilməsində məqsəd iki ölkənin kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi, sözügedən sahələrdə idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, Azərbaycan və Ukraynanın istehsal və emal sahələrinin inteqrasiyasına dəstək göstərilməsi, kənd təsərrüfatı və qida məhsullarının istehsalı sahələrinə qarşılıqlı sərmayə qoyuluşlarının təşviq edilməsindən ibarətdir.*
A.Axundov