SOCAR “Neft Daşları”ndakı 1778 saylı meydançanı əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
“Əsaslı təmir işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Meydançanın sahəsi 784 kvadratmetrdir. Təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulub, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılıb, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova