Bu gün İndoneziyanın Bakıdakı səfirliyinin binasında bu ölkənin müstəqilliyinin 72-ci ildönümü qeyd edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani İndoneziya xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsindən danışıb.
Tədbirdə ölkəmizdə yaşayan Hindistan vətəndaşları, eləcə də Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edirlər.*
F.İsazadə