2017-ci ilin birinci yarısında Azərbaycana 87 min 146,3 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $23 mln. 809,9 min (artım 3,3 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin birinci yarısında Azərbaycana $2 mln. 927,8 min dəyərində (azalma 71,7%) 14 min 81,5 ton sement və klinker (azalma 93,6%) idxal edilib.
Hesabat dövründə respublikaya $13 mln. 280,4 min dəyərində (azalma 30,6%) 11 min 784,2 ton (azalma 28,2%) polietilen idxal edilib.
Yanvar-iyun aylarında Azərbaycana $83 mln. 536,6 min dəyərində 133,7 min ton metalyayma məhsulu (azalma 1,4%), $26 mln. 963,4 min dəyərində 52 min 835,9 ton qara metaldan hazırlanan çubuqlar (artım 15,9%), $13 mln. 383,1 min dəyərində 19 min 115,1 ton qara metaldan hazırlanan günyə (artım 36,6%), $69 mln. 268,2 min dəyərində 48 min 932,8 ton qara metaldan hazırlanan boru (azalma 66,5%) idxal edilib.**
N.Abbasova