“Səba” şirkəti üzvi (orqanik) gübrə zavodunun tikintisinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Üzvi gübrə zavodu Şabran rayonunda "Səba" quşçuluq müəssisəsinin yaxınlığında tikilir. Azərbaycanda ilk üzvi gübrə zavodu olacaq bu müəssisənin xammalı "Səba" quşlarının peyini olacaq”, - deyə məlumatda bildirilir.
Müəssisənin illik istehsal gücü 26 min ton olacaq.
“Hazır məhsul pərakəndə satış üçün 50 kiloqramlıq kisələrdə, iri fermer təsərrüfatları üçün 1 tonluq kisələrdə buraxılacaq. Zavodda quş peyini minerallarla zənginləşdirilərək dənəvər şəkildə emal ediləcək”, - deyə məlumatda qeyd olunur.*
A.Axundov