Radikal dini qrupların Azərbaycanda dayaqları yoxdur. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov bəyan edib.
"Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil”, - G.İsmayılov “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” adlı konfransda bildirib.
G.İsmayılov əmindir ki, dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meylləri olan ölkələrdə, bölgələrdə yayılır
“Bizdə xüsusilə xurafat meyllərinə qarşı mübarizə aparılır, radikal dini qruplara qarşı inzibati tədbirlərin həyata keçirilir", - o qeyd edib.
G.İsmayılov həmçinin vurğulayıb ki, ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb,
“Bunun səbəbi həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində apardılan işlərlə əlaqədardır”, - G.İsmayılov əlavə edib. **
F.İsazadə