Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların 18-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 39 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.*
R.Babayev