2017-ci ilin I yarısında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan - BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə - $10 mln.-a qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2017-ci ilin I yarısında boru kəmərinin fəaliyyəti üçün əməliyyat xərcləri $64 mln. (2016-cı ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə artım 4,9%) təşkil edib”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
Şirkətin məlumatına görə, ümumilikdə BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2017-ci il iyun ayının sonunadək Ceyhan terminalından 3,584 min tanker yüklənib və BTC kəməri ilə dünya bazarına 365 mln. ton neft göndərilib.
I yarımillikdə BTC neft kəməri vasitəsilə 17 mln. ton neft nəql edilib, Ceyhan limanından 159 tanker yola salınıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə “BTC Co” şirkətinin əsaslı xərcləri $58 mln., əməliyyat xərcləri $118 mln. təşkil edib.
Ötən il bu boru kəməri ilə 33,5 mln. ton neft nəql edilib.*
N.Abbasova