Avqustun 18-də Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
“Səfər çərçivəsində qonaq Azərbaycanın baş naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək”, - deyə məlumatda bildirilir.
Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.*