Azərbaycan Xarici İşlər Nazirliyi Barselonada törədilən terror hücumlarını pisləyib.
“Azərbaycan İspaniyanın Barselona şəhərində törədilən terror aktlarını qəti şəkildə pisləyir. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.*
F.İsazadə