Rusiyanın“Pobeda” aşağı büdcəliaviaşirkəti 2017-ci ilin qış cədvəlində Rostov-na-Donu şəhərindən Bakıya uçuşları bərpa etməmək qərarına gəlib. Bu barədə “Дон-ТР” telekanalı şirkətin mətbuat katibi Yelena Selivanovaya istinadən məlumat verib.
“Bakıya uçuşları bərpa etməyi planlaşdırmırıq. Çünki, əfsuslar olsun ki, Azərbaycan paytaxtının hava limanının tarifləri bizim üçün yüksəkdir. Uçuşları davam etdirmək üçün biletin qiymətini artırmaq məcburiyyətində qalacaqdıq”, - Y.Selivanova bildirib.
30 oktyabr 2016-cı il tarixində “Pobeda” Rostov-na-Donu şəhərindən Bakıya uçuşlar həyata keçirməyə başlayıb. 30 may 2017-ci il tarixindən etibarən Bakıya uçuşlar ləğv edilib. Uçuşları sentyabrın 26-da bərpa etmək planlaşdırılırdı. **
N.Abbasova