Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazır.
Türkiyə prezidentinin Administrasiyasından verilən məlumata görə, R.T.Ərdoğan 8-10 sentyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.
Türkiyə prezidenti avqustun 21-də İordaniyaya səfər edəcək, sentyabrın 19-25-də isə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edəcək.*
F.İsazadə