Azərbaycan ABŞ-ın “JOHN DEERE” şirkəti ilə kənd təsərrüfatı təhsili sahəsində işçi qrupu yaratmaq niyyətindədir. Bu baədə kənd təsərrüfati naziri Heydər Əsədov şirkətinMDB ölkələri üzrə direktoru cənab Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi Maximilian Paugeilə görüşdə bildirib.
“Görüşdə H.Əsədov “JOHN DEERE” şirkəti ilə təhsil sahəsində işçi qrupunun yaradılmasını, həmçinin onun tərkibinə Kənd Təsərrüfatı və Təhsil nazirlikləriinin, “JOHN DEERE” şirkətinin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib”, - nazirliyin məlumatında deyilir.
Azərbaycan qısa zamanda işçi qrupu təsdiq edildikdən sonrasentyabr ayında plana əsasən ilk toplantısının keçirilməsini təklif edir.
“Əsas məqsədyeni texnika və texnalogiyalarla tanış olmaq, bu sahədəmaarifləndirmə işlərini aparmaq, eyni zamanda tədrisə təlabatın müəyyənləşdirilməsi, uzumüddətli tədris planının hazırlanmasıdır”, - H.Əsədov vurğulayıb.
“JOHN DEERE” şirkətinin nümayəndələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraqlı olduqlarını bildiriblər. Xüsusilə, D.Strattman qeyd edib ki, təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanır. **
A.Axundov