Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Şəki və Xaçmaz rayonlarında toxum emal edən fabriklər almağı planlaşdırır. Bu barədə fondun elanında deyilir.
Bundan əlavə, fond anbar və yardımçı tikililər də satın almaq niyyətindədir.
Təkliflər 30 avqust 2017-ci ilədək qəbul edilir. Təklif zərfləri avqustun 31-də açılacaq.*
A.Axundov