SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
2621 nömrəli quyu 620A nömrəli stasionar dəniz özülündən qazılıb və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.*
N.Abbasova