Sentyabrın əvvəllərində Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze və Mövlut Çavuşoğlunun üçtərəfli görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstan səfirliyindən məlumat verilib.
«Görüşün sentyabrın ilk on günlüyündə keçirilməsi gözlənilir. Görüşdə nazirlər regional və üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər», - deyə mənbə bildirib.
Görüşdə, həmçinin üç ölkə ərazisində irimiqyaslı regional layihələrin reallaşdırılması məsələsi müzakirə mövzusu olacaq.*
F.İsazadə