"Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının sığortalanmasına 717 min manat xərcləyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Şirkət "PAŞA Sığorta" ASC ilə 599,44 min manat məbləğində traktor və özüyeriyənkənd texnikası, “Qala Sığorta” şirkəti ilə 117,59 min manat həcmində pambıqyığan kombaynların sığortalanmasına dair müqavilələr imzalayıb”, - nazirlikdən bildiriblər.
Şirkət iyul ayında sığortaçı seçimi üçün tender keçirib, avqustda müqavilələr imzalayıb.
"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
A.Axundov