Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Ali Məhkəməsininin apelyasiya instansiyasının Ümumrusiya AzərbaycanKonqresinin (ÜAK) qeydiyyatına dair məsələnin müsbət həllinə ümid edir.
“Ümumrusiya AzərbaycanKonqresinin qeydiyyatının ləğvi Rusiyada azərbaycanlılar arasında narazılıqla qarşılanıb. Ümid edirəm ki, sentyabrda bu məsələyə dair düzgün qərar veriləcək", - N.İbrahimov bazar ertəsi Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu çərçivəsində jurnalistlərə bildirib.
O vurğulayıb ki, ÜAK-ın ləğvi yaxşı hal deyil. “Bu addım Rusiyada yaşayan milyonlarla azərbaycanlının narazılığına səbəb ola bilər. Hesab edirik ki, bu məsələni yumşaq yolla həll etmək mümkündür”, Komitə sədri qeyd edib.
N.İbrahimovun sözlərinə görə, məhkəmənin mənfi qərarı halında Azərbaycan tərəfi öz rəyini bildirəcək.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyevin “İnterfaks”a verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsinə dair qərar qəbul olunub.
“Həmin qərardan apelyasiya şikayəti verdik. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsində qərar yenidən baxılacaq. Həmin tarixdə məsələnin müsbət həllinə ümid edirəm”, - İ.Hacıyev bildirib.
Xəbər verildiyi kimi, Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiasını təmin edib. **
R.Babayev