İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 13 yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həlak olub, 17 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 178 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.*
R.Babayev