Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğundabaş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə FHN-nin mətbuat xidməti məlumat verib.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN-nin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və Gürcüstanda meşə yanğınlarının söndürülməsində iştirak edəcək”, - məlumatda deyilir. **
R.Babayev