Bazar ertəsi Sankt-Peterbuqrda “Qazprom”Publik Səhmdar Cəmiyyətininİdarə Heyətinin sədri Aleksey Miller və SOCAR prezidenti Rövnəq Abdullayev arasında işgüzar görüş keçirilib. Bu barədə “Qazprom”un mətbuat xidməti məlumat verib.
“Görüşdə təbii qazın Azərbaycana tədarükü ilə bağlı məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
Danışıqların təfərrüatları barədə məlumat verilmir.
Öncə SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, ARDNŞ “Qazprom”dan illik 3-5 mlrd. kubmetr qaz almağı planlaşdırır. Hətta bununla bağlı Rusiya tərəfinə təkliflər təqdim edilib.
SOCAR-ın planlarına görə, idxal olunan Rusiya qazının əsas həcmi maksimal yüklənmə səviyyəsini yoxlamaq məqsədilə Azərbaycanda yeraltı qaz anbarlarına doldurulacaq. **
N.Abbasova