Azərbaycanın cənub bölgəsində, Lerik rayonu Vizəzəmin kəndində baş vermiş yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Lerik rayonu Vizəzəmin kəndində birmərtəbəli 3 otaqlı evdə yanğın nəticəsində Elman və Şüküfə Hüseynovlar və 22 yaşlı qızları Süsən Mirzəzadə yanaraq ölüblər”, - məlumatda deyilir.
Onların yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğının kəşfiyyatı zamanı bir nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilibvə ona yerində ilkin tibbi yardım göstərilib.
Yanğın səhər 7:09 radələrində məhdudlaşdırılıb. **
R.Babayev