Rotterdam şəhərində (Niderland Krallığı) "Bakı" küçəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq. Bu barədə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib.
“Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresinin təşəbbüsü ilə Rotterdam şəhərində “Azərbaycan” küçəsi açılacaq. "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq”, - S.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə əsasən, artıq bununla bağlı yerli bələdiyyələrlə müvafiq iş aparılıb.
“Yaxın zamanda razılıq alınan kimi abidənin qoyuluşuna və küçənin açılışına start veriləcək”, - S.Qasımiov qeyd edib. **
F.İsazadə