Bu yaxınlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan "Hərrac Mərkəzi" MMC fəaliyyətə başlayacaq. Bu barədə ABA-dan məlumat verilib.
“Hərrac Mərkəzi” girovların satılması üçün yaradılmış bir platfoma rolunu oynayacaq”, - məlumatda deyilir.
ABA-dan bildirilib ki, “Hərrac Mərkəzi” valyuta hərracları keçirməyəcək.
Cari il mayın 22-də qeydiyyata alınan MMC-nin nizamnamə kapitalı 1 min manat təşkil edir.
ABA 1990-cı ildə təsis edilib.Hazırda 30 bank və iki bank olmayan kredit təşkilatı, "Azericard" MMC ABA-nın üzvüdür. **
A.Axundov