Azərbaycan və İtaliya iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensiala malikdir. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Çərşənbə axşamı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
“E.Məmmədyarov və A.Massarini Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Tərəflər iki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu vurğulaynıblar”, - məlumatda deyilir.
Bunda başqa, A.Massarini TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazir E.Məmmədyarova məlumat verib. **
F.İsazadə