Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7009 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0003 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB avqustun 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0288 manat/1RUB səviyyəsində saxlayıb.*
A.Axundov