Sentyabrın sonunda Bakı və Brüssel arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“Sentyabr ayının sonunda Brüsseldə yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək”,- agentliyin həmsöhbəti bildirib.
Xəbər verildiyi kimi, 14 noyabr 20160-cı il tarixində Avropa İttifaqı Şurası Avropa Komissiyası və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib. Yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.Tərəflər 21 noyabr tarixində Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitindən öncə danışıqları başa çatdırmağı ümid edirər. **
F.İsazadə