SOCAR (ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2648 nömrəli quyu 1937A saylı dəniz özülündən qazılıb. Quyunun sutkalıq debiti 16 ton neft təşkil edir.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır. **
N.Abbasova