Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti reaktiv, fumiqant, pestisid və bioloji preparatların tədarükçüsünü seçir. Bu barədə Xidmətin elanında deyilir.
Bundan başqa, Dövlət Fitosanitar Nəzarəti Xidməti yanında RespublikaBitki Mühafizəsimərkəzi 2017-2018-ci illərdə təhlükəli orqanizmlərlə mübarizə məqsədilə pestisid və bioloji preparatlar alır.
Seçim açıq tender üsulu ilə aparılır. Hər iki tenderdə iştirak haqqı 500 manatdır. Təkliflər oktyabrın 5-dək qəbul olunur. Zəflərin açılışı oktyabrın 6-da baş tutacaq. **
A.Axundov