Azərbaycan ilə Ukrayna arasındakı qarşılıqlı surətdə faydalı əməkdaşlıq dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə dövlət başçısı Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Pyotr Poroşenkoya göndərdiyi təbrik məktubunda qeyd edib.
Prezident İ.Əliyev Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.*
F.İsazadə