Vaşinqton EndryuŞoferi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsinə təyin edib.
“Avqustun 28-dən etibarən Endryu Şofer ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsini icra edəcəyini məlumat verməkdən məmnunam. O, çox təcrübəli amerikalı diplomatdır”, - R.Hoqland bildirib.
E.Şofer Birləşmiş Ştatları Vyanada Beynəlxalq Təşkilatlara Missiyada təmsil edib.
R.Hoqland 2017-ci ilin yanvar ayından etibarən ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədrm vəzifəsini icra edib. **
F.İsazadə