Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
A.Massari 2013-cü ildən etibarən Azərbaycanda diplomatik missiyaya rəhbərlik edən səfir Campaolo Kutilionu əvəz edib. Azərbaycana təyinatdan öncə A.Massari İtaliyanın Çindəki səfirliyində çalışıb. **
F.İsazadə