“AzerGold” QSC kimyəvi reagentlər və laboratoriya üçün avadanlıq alışına dair "Akbarli General Service and Trading" şirkəti ilə müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Avqustun 16-da “AzerGold” kimyəvi reagentlər və filiz emalı üzrə “Çovdar” yatağında laboratoriya üçün avadanlıq alışına dair "Akbarli General Service and Trading" şirkəti ilə müqavilə imzalayıb”, - nazirlikdən qeyd ediblər.
Müqavilənin dəyəri 429 min 272,2 manat təşkil edir.
“AzerGold” QSC Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanına əsasən yaradılıb. **
N.Abbasova