Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların 17-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.*
R.Babayev