Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiFederika Mogerini Kestutis Yankauskasın Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin edildiyini təsdiq etdi. Bu barədə Aİ Xarici Əlaqələr Xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, F.Mogerini Aİ Xarici Əlaqələr Xidmətində bir neçə, həmçinin Kestutis Yankauskasın təyinatı haqqında bəyan edib.
Öncə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Bakıdakı nümayəndəliyindəki mənbəyə istinadən Kestutis Yankauskasın təyinatı barədə məlumat verib.
“K.Yankauskas Azərbaycana sentyabrın əvvəlində gələcək”, - deyə məlumatda bildirilir. **
F.İsazadə