2017-ci ilin I yarısında Azərbaycan 403 mln. 679,75 min kubmetr qaz idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
“Cari ilin yanvar-iyun aylarında Azərbaycana idax olunan qazın qiyməti $56mln. 515,61 min təşkil edib. Qazın bütün həcmi İrandan Azərbaycana idxal olunub”, - hökumətdən qeyd ediblər.
2016-cı ilin birinci yarısında respublikaya $19 mln. 129,78 min dəyərində 95 mln. 648,92 min kubmetr qaz idxal edilib. Beləliklə, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan idxal olunan qazın həcmi dəyər ifadəsində 4,2 dəfə artıb.
2016-cı ildə respublikaya $38 mln. 257,4 dəyərində 232 mln. 274,72 min kubmatr həcmində qaz idal edilib. Bununla belə, idxal edilən qazın 136 mln. 625,8 min kubmetri İran, 95 mln. 648,92 min kubmetri Qazaxıstan qazının payına düşüb. **
N.Abbasova